Krab çubuqları və pendirlə ruletlər
25 dəq
Zülal çoxdur
İstirahət günlərində rahat və dadlı səhər yeməyi haqqında düşüncələr üzdə təbəssüm yaradır. Yeni və dadlı nə hazırlaya biləcəyinizi çox düşünməməniz üçün sizə əla resept təklif edirik – krab çubuqları və pendirlə tez hazırlanan ruletlər. Bu yemək həm də isti və ya soyuq qəlyanaltı kimi gözəldir.
Sizə lazım olacaq
- VIČI krab çubuqları
- 2 yumurta
- 8 ədəd dördbucaqlı ağ çörək dilimləri
- 8 dilim doğranmış pendir
- Mayonez və ya əridilmiş pendir
- Süd
- Duz və istiot
Hazırlama
1
Ağ çörəyin dilimlərini oxlovla yayın və kənarlarını kəsin.
2
Yayılmış çörək diliminin üzərinə mayonez və ya əridilmiş pendir çəkin.
3
Çörəyin üzərinə pendir diliminin yarısını, surimi krab çubuğunu qoyun və kip şəkildə bükün.
4
Alınan ruleti südlə çırpılmış yumurtaya batırın.
5
Qzıdırılmış tavada qızılı rəng alanadək bişirin.