HAQQIMIZDA

VIČI – müstəsna keyfiyyəti, əla dadı, bəsləyici xüsusiyyətləri və sadə hazırlanması sayəsində istehlakçılar tərəfindən yüksək qiymətləndirilən balıq, surimi, qızılbalıq, siyənək, dəniz məhsulları, pelmen, pizza və blinlərin əmtəə nişanıdır.

Üç onillik əvvəl yaranmış VIČI brendi indi Avropada ən məşhur Litva brendlərindəndir. VIČI məhsullarını Kaunas, Litvada fəaliyyətə başlamış «Vičiūnai Group» holdinqi istehsal edir.

«VIČIŪNAI GROUP» HAQQINDA

1991-ci ildə təsis olunmuş «Vičiūnai Group» dünya surimi bazarında lider mövqedədir və Avropada balıqdan məhsullar və dəniz məhsullarının istehsalçıları arasında ön sıralardadır. Bu gün məşhur VIČI brendi ilə yanaşı, holdinqin şirkətləri ESVA, Columbus, Laika və digər əmtəə nişanları ilə nişanlanmış məhsullar istehsal edərək, onları dünyanın 70-dən çox bazarına göndərir. Bütövlükdə dünya balıq və digər ərzaq məhsulları bazarında «Vičiūnai Group» -un 3 000-dən çox məmulatı mövcuddur.

Bütün satılan məhsulların təxminən 91%-ni beş regiona ixrac təşkil edir: Baltika ölkələri, Qərbi və Mərkəzi Avropa, Skandinaviya, həmçinin Şərqi Avropa və Asiya. «Vičiūnai Group» holdinqin fabriklərində yaradılan məhsullar Lidl, Aldi, Sainsbury, Carrefour, Casino və Wallmart kimi dünyaca məşhur ticarət şəbəkələrinin rəflərinə göndərilir. Şərq bazarlarında isə biz bütün əsas ticarət şəbəkələri – Metro, Auchan, Maqnit, X5, Lenta, Okey, Diksi, Hiperqlobus, Silpo, ATB, Vitalyur, Magnum və s. ilə işləyirik. Holdinqin ticarət şirkətləri dünyada çox məşhur olan əmtəə nişanları Hortex, Bonduelle, Lamb Weston, Dujardin və McCain-in nümayəndələridir.

«Vičiūnai Group» -un davamlı inkişafının rəhni məhsulun təchizat zəncirinə A-dan Z-dək nəzarətin həyata keçirilməsidir. Bu, həm Litvada, həm də xaricdə məhsulun yüksək keyfiyyətini təmin etməyə imkan verir. «Vičiūnai Group» -un Litva, İspaniya və Estoniyadakı müasir fabrikləri duza qoyulmuş, hisə verilmiş, dondurulmuş və unlanmış balıq, surimi məhsulları, dəniz nemətləri, un məmulatları istehsal edir. İstehsalatda istifadə olunan komponentlərin əksəriyyəti «Vičiūnai Group» holdinqin öz fabriklərindən daxil olur və beləliklə də xammal təchizatçılarından asılılıq səviyyəsi aşağı düşür. Məhsulun xaricə ixracını holdinqin logistika və nəqliyyat şirkətləri təmin edir, satışlarla isə «Vičiūnai Group» -un 23 ölkədə fəaliyyət göstərən və öz bazarlarına yaxşı bələd olan satış şirkətləri məşğul olur.

«Vičiūnai Group», dünya biznesinin əhəmiyyətli hissəsi olmaqla, işçiləri, müştəriləri, tərəfdaşları, ətraf mühit və cəmiyyət qarşısında məsuliyyətini gözəl dərk edir. Məhz buna görə holdinq çox illər ərzində ərzaq məhsullarının təhlükəsizliyi mədəniyyətini, dayanıqlı biznes prinsiplərini fəal surətdə dəstəkləyir və canlı dəniz ehtiyatlarının və onlardan səmərəli istifadənin uzun müddətdə qorunub saxlanması perspektivinə öz töhfəsini verir. Buna sübut – həmin biznes növündə keyfiyyətin zəmanəti olan sertifikatlardır: ISO, BRC, IFS Food, IFS Logistics, MSC, FSSC 22000, ASC, Global Gap.

NAİLİYYƏTLƏR

  • 2019-cu ildə Brüsseldə keçirilən Seafood Excellence Global – dünyanın ən iri balıq və dəniz məhsulları sərgisində qida sənayesi sahəsində ekspert komissiyası tərəfindən qlütensiz Asiya-sayağı Wok makaronlarını ən innovativ məhsul hesab olunub.
  • 2018-ci ildə Seafood Excellence Global təltifetmə mərasimində VIČI surimisindən lazanya vərəqələri “Ən innovativ məhsul” kateqoriyasında qalib gəlib.
  • 2017-ci ildə Seafood Excellence Global təltifetmə mərasimində VIČI «Jūros perlai» surimi dilimləri “Ən rahat məhsul” kateqoriyasında qalib elan olunub.
  • 2002-ci ildə Seafood Excellence Global təltifetmə mərasimində surimidən krab çubuqları - VIČI Snow Crab – ən faydalı məhsul elan edilib.
  • 2019-cu ildə Litvanın Verslo žinios nəşrinin təşkil etdiyi “İlin əmtəə nişanı” müsabiqəsində internavtların simpatiyası mükafatına layiq görülüb.