Siyənək və qızılbalıqla kartof tostları

20 dəq
4
Hissələr
Omeqa-3

Hazırlanması asan, lakin qeyri-adi qəlyanaltı – siyənək və qızılbalıqla kartof tostları.

Sizə lazım olacaq

  • 2 ədəd orta ölçülü kartof
  • 2 ədəd orta ölçülü şirin kartof (batat)
  • 1 xörək qaşığı zeytun yağı
  • Duz, istiot
  • Bir qədər kərə yağı
  • Himalay duzu ilə ənənəvi siyənək VIČI – 200 qr
  • Himalay duzu ilə nazik doğranmış az duzlu qızılbalıq VIČI – 100 qr
  • Kapers
  • Duza qoyulmuş xoruzgöbələyi
  • Təzə şüyüd

Hazırlama

1
Kartofu və batatı 1 sm enində dilimlərə doğrayın, yağ, duz və istiotla qarışdırın.
2
Kartofu bir-birinə yapışdırmadan tavaya düzün və sobada 210 dərəcədə 15 dəqiqə bişirin, çevirin və daha 10 dəqiqə bişirin
3
Kartofun üzərinə qaymaqlı pendir çəkin və üzərinə təzə üyüdülmüş istiot səpin.
4
Kartof tostlarının üzərinə siyənək, kapers və şüyüd yerləşdiririk.
5
Batat tostlarının üzərinə isə qızılbalıq, xoruzgöbələyi və şüyüd yerləşdiririk.