Qoz və sarımsaqla “Rafaello”
30 dəq
Zülal çoxdur
Sizə lazım olacaq
- 4 yumurta
- 1 diş sarımsaq
- 150 qr VIČI krab çubuqları
- 150 qr qoz
- 200 qr əridilmiş pendir
- 200 qr sürtgəcdən keçirilmiş pendir
- Kahı yarpaqları
- Duz
- Üyüdülmüş qara istiot
Hazırlama
1
Yumurtanı suda bərk bişirin və qabığını təmizləyin.
2
Bişmiş yumurtanı və krab çubuqlarını enli bıçaqla çox xırda doğrayın. Sarımsağı təmizləyin, həvəngdəstədə əzin və ya preslə sıxın. Qozun yarısını blenderdə xırdalayın. Əridilmiş pendiri yaxşıca yumşaldın.
3
Hazırlanmış məhsulları dərin qabda əridilmiş pendirlə qarışdırın. Zövqə görə duz və istiot əlavə edin.
4
Alınan kütlədən nəm əllərinizlə küftələr düzəldin, hər birinin arasında qoz qoyun. Hazır küftələri sürtgəcdən keçirilmiş pendirə batırın və soyuducuya qoyun. Soyuq halda süfrəyə verin.